AzərbaycanİranMəqalələr

Təbrizdəki kilsələr – Həzrəti Məryəm və Şoğaqat kilsələri

Həzrəti Məryəm kilsəsi Təbrizin qədim kilsələrindən sayılır.

Tikili Cümhuriyyət prospektində yerləşir. İnşası 1782-ci ildə başlanmış və 1785-ci ildə tamamlanmışdır. Daş hasarlı geniş bağçası oymalı daşlarla bəzədilmişdir. Kilsənin iç qismi digər kilsələr kimi dörd sütündan qurulmuşdur. Binanın daxilində və xaricində Stepannos və tarixçi Arakel kimi elm adamlarının məzarları var.

Şoğaqat kilsəsi Təbrizin Maralan məhəlləsində yerləşir. Bina 1821-ci ildə tikilmişdir. Onun daxili və xarici divarları daş oymalarla bəzədilmişdir. Eyni zamanda kilsənin yaxınlığında qırx il Təbriz Erməni Cəmiyyətinə başçılıq etmiş Xəlifə ibn Məlik Tangiyanın böyük sinə daşı məzarı var.

#Tarix

Related Articles

Bir cavab yazın

Back to top button