Təbrizdə “Səhənd Cam Təbriz” şüşə zavodunun işçiləri maaşların yetərli olmamasına etiraz olaraq səhər saat 09:00-dan tətilə başlayıblar.
İşçilərin sözlərinə görə, zavod sahibinin Bünab şəhərində silikon mədəni və Simnanda da başqa şüşə zavodu var. Qeyd olunub ki, ötən ay Simnanda şüşə fabrikinin işçilərinə 30% maaş artımı edildiyi halda, Təbriz və Bünabda işçilərə bu maaş artımı edilməyib və bu məsələ işçilərin etiraz və tətil etməsinə səbəb olub.