Azərbaycanİran

Təbrizdə zavod işçiləri işi dayandırıblar

Təbrizin "Mehrəsl" boru zavodunun işçiləri tətil aksiyasına başlayıblar

Bu barədə işçilər sosial media hesablarında paylaşım ediblər.

İşçilər bildiriblər ki, 10 aydır əməkhaqları ödənilmir, hüquqları pozulur və zavod rəhbərliyinin problemin həlli ilə bağlı vədləri özünü doğrultmur.

Onların yazdığına görə, əməkhaqlarının ödənilməməsi ilə yanaşı, iş təhlükəsizlikləri, siğorta və əlavə iş saatlarına görə ödənişlər barədə qaydalar da icra edilmir.

Related Articles

Bir cavab yazın

Back to top button