Azərbaycanİran

Təbrizdə tarixi zavod dağıdılıb

Təbrizin tarixi abidələrindən sayılan və şəhərin simvollarından birinə çevrilən məşhur "Təvəkküli" kibrit zavodu dağıdılıb.

Tarixi zavodun məhv edilməsi üçün bölgəyə çox sayda texnika və işçi cəlb olunub.

Təbrizlilərin etirazlarına və əlaqədar dövlət qurumlarına müraciətlərinə baxmayaraq işlər dayandırılmayıb.

Bundan əvvəl təbrizlilər və mədəniyyət xadimləri “Təvəkküli” kibrit zavodunun sənaye muzeyinə çevrilməsi ilə bağlı müraciətlər ediblər. Şərqi Azərbaycan əyalətinin Mədəni İrs Təşkilatı və başqa dövlət qurumları müraciətləri cavabsız qoyub.

Qeyd edək ki, adıçəkilən zavod 1918-ci ildə təbrizli iş adamı Tağı Təvəkküli tərəfindən inşa edilib və İranda ilk kibrit zavodu sayılır.

Related Articles

Bir cavab yazın

Back to top button