Azərbaycanİran

Təbrizdə şokolad istehsalı zavodunun işçiləri maaşlarının az olduğunu bildiriblər

Zavodun bir sıra işçiləri İranın rəsmi xəbər agentliyi ilə danışıqlarında gündəlik iş vaxtının çox və maaşlarının az olduğuna etiraz ediblər.

Onlar gündəlik 11 saat iş müqabilində ayda aldıqları maaşlarının ədaləti olmadığını deyiblər.

Digər işçilərin tərəfindən ILNA XA ilə müsahibəyə hazır olduğunu bildirən gənc qadın iş vəziyyətlərini açıqlayıb.

“Həftənin 6 günü 11 saat işləyirik. Gündəlik 3 saat əlavə işləmək məcburiyyətindəyik. Belə bir vəziyyətdə 9 milyon tümən (təxminən 150 dollar) civarında maaş alırıq.

İş həcmi çox, yaşam şəraiti isə ağır və maaşlar azdır. İşçilərin çoxu 1 ay dözə bilməyib çıxır”.

Həmçinin bildirilib ki, yaşam xərcləri həddindən artıq artdığına görə həyatlarını dolandıra və təməl ehtiyaclarını təmin edə bilmirlər.

45 yaşlı digər qadın işçilərindən biri deyib: “yoldaşım təkcə həyatımızı dolandıra bilmədiyinə görə mən də zavodda işləməli olmuşam.

İşçilərin əksəriyyəti qadındır. İnterval olmadan istehsal cihazlarının qarşısında durmalıyıq. Oturmağa haqqımız yoxdur.”

Xatırladaq ki, İranda bahalaşma elə bir həddə yüksəlib ki, valideyn ailənin yaşamını dolandıra bilmək üçün işləməli olublar.

Related Articles

Bir cavab yazın

Back to top button