Azərbaycan

Təbrizdə satıcılarla polis məmurları arasında qarşıdurma olub

Təbrizdə satıcılarla polis məmurları arasında qarşıdurma baş verib. Bu barədə yerli sosial media fəalları məlumat yayıb

Məlumata görə, hadisə dekabrın 28-i axşam saatlarında baş evrib. Təbrizdə səyyar satıcılarla bələdiyyə və polis məmurları arasında qarşıdurma yaşanıb.

Səyyar ticarətlə ailələrini dolandıran satıcılar bələdiyyə məmurlarının kobud və zorakı davranışlarına etiraz edib və müqavimət göstəriblər.

Bundan sonra bölgəyə polis qüvvələri cəlb olunub və səyyar satıcılara qarşı zor tətbiq olunub, onlardan bir neçəsi saxlanılıb və malları müsadirə olunub.

Bundan öncə son həftələr Təbrizin bir neçə bölgəsində oxşar hadisələr baş verib və bununla bağlı səyyar satıcılar Təbriz bələdiyyəsinin mühafizə bölməsinin qarşısına toplaçaraq etiraz aksiyası keçiriblər.

Bələdiyyənin mühafizə bölməsinin qarşısına toplaşan etirazçılar “Səyyar satıcılıq cinayət deyil” kimi şüarlar səsləndirib, plakatlar açıblar.

Bələdiyyə səyyar satıcılara fəaliyyət üçün xüsusi yerlər ayırmaq barədə tədbirlər görmək planının olduğunu desədə, bu günə kimi bu gerçəkləşməyib.

Xüsusilə bir neçə ildir ki, belə halların baş verməsi adi hal alıb.

Yoxsulluq və işsizliyin artması nəticəsində səyyar satıcılıq edənlərin sayı kəskin artıb.

Related Articles

Bir cavab yazın

Back to top button