Etirazçılar Şərqi Azərbaycan əyalətinin Rabitə və Telekommunikasiya Şirkətinin Təbrizdəki mərkəzi ofisinin qarşısına toplaşıblar. Narazı işçilər əmək haqlarının ödənilməməsinə, siğorta və qanunla nəzərdə tutulmuş başqa haqlarının təmin olunmamasına etiraz ediblər.