Bu barədə Şərqi Azərbaycan əyalətinin Təhsil İdarəsi bildiriş yayıb.
Bildirişdə Təbrizin havasının bir çox yaş qrupları üçün təhlükəli olduğunu nəzərə alaraq, yanvarın 1-də məktəblərin bağlanmasına qərar verildiyi qeyd olunub.
Qeyd edək ki, Təbrizlə yanaşı Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinində hava çirkliliyi göstəriciləri yüksək olaraq qeydə alınıb.