İran Mədəni İrs Nazirliyinin tarixi abidənin bərpası və qorunub saxlanılması ilə müraciətlərinin cavabsız qaldığını deyən təbrizlilər abidənin xilası üçün imza kampaniyası başladıblar.
Təbrizin bələdiyyə başçısı Yəqub Huşyara ünvanlanan müraciəti aralarında onlarla tanınmış mədəniyyət və incəsənət xadimi olmaqla yüzlərlə insan imzalayıb.
Müraciətdə Təbrizin bələdiyyə başçısı Yəqub Huşyara abidənin tarixi və memarlıq əhəmiyyəti xatırladılıb və onun bərpa edilərək muzeyə çevrilməsi istənilib.1892-ci ildə inşa edilən Kələntər Evin 18 avqust 2003-cü ildə 9712 qeydiyyat nömrəsi ilə İran Milli Əsərlər siyahısına salınmasına baxmayaraq, abidənin bərpası üçün heç bir iş görülməyib.
Təbrizdə Qacarlar dövrünün nadir memarlıq nümunələrindən olan abidə ciddi ziyan görüb və hazırda narkomanların yığışdıqları yerlərdən birinə çevrilib.