“Kunq-fu Panda” çizgi filminin dublyaj işi Şərqi Azərbaycan Animasiya Cəmiyyətində və sənətkar Məhəmməd Məliki Əslin rəhbərliyi ilə həyata keçirilib.
Çizgi filminin nümayişi şənbə günündən Təbriz Lalə Park Kompleksinin kinoteatrında başlanıb və yaxın zamanda
Şərqi Azərbaycan vilayətinin digər şəhərləri, eləcə də türklərin yaşadıqları digər vilayətlərdə nümayiş ediləcək.