Azərbaycanİran

Təbrizdə hicaba görə döyülən qız Xameneiyə ÖLÜM DİLƏYİB

Təbrizdə oktyabrın 15-i məcburi hicab qaydalarına əməl etmədiyi üçün gənc qızın döyülməsinə dair yeni görüntülər yayılıb.

Orada olan şahidlərdən biri hadisənin necə baş verdiyi haqda məlumat verib:

“Hadisə Təbrizin Məncəm küçəsində baş verib. Bu qız şirniyyat dükanında alış-veriş edirdi. Başında örtük yox idi. Bir neçə polis əməkdaşı motosikletdən enərək mağazanın qarşısında qızı itələdilər. Sonra çıxıb getdilər. Bərk qorxan qız yıxılaraq yaralandı.

O, küçənin ortasında oturaraq “Mən təhlükə altındayam” deyə qışqırıb, həmçinin Əli Xamenei əleyhinə şüarlar səsləndirib: “Xameneiyə ölüm, diktatora ölüm”.

Bundan sonra bir neçə polis maşını gəldi, qızı həbs etdilər. Qızı vurdular və o, huşunu itirdi, sonra ailəsinə xəbər vermədən təcili yardımla apardılar”.

Qeyd edək ki, sözügedən məsələni şərh edən Şərqi Azərbaycan əyalətinin polis orqanı həbs edilən gənc qızı ruhi xəstə adlandırmışdı.

#hicab #Tabriz

Related Articles

Bir cavab yazın

Back to top button