Hadisənin bazar günü, 7 iyul tarixində axşam baş verməsinə baxmayaraq, sözügedən məlumat bu gün media vasitələri tərəfindən işıqlandırılıb.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, hücum nəticəsində iki nəfər yerindəcə ölüb, 30-a yaxın insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar arasında dəfn mərasimində olan qadın və uşaqlar da var.
Hazırda hücumun motivləri və hədəfləri naməlum olaraq qalır. Təbriz polisi hadisə ilə bağlı araşdırmalara başlayıb.