İran və Ermənistanın xarici işlər nazirlikləri başçılarının görüşünün yekunu üzrə keçirilən mətbuat konfransında bildirilib ki, Təbrizdə Ermənistan konsulluğunun açılması ilə bağlı razılıq əldə olunub. Abdullahianın sözlərinə görə, konsulluq 2024-cü ilin ilk həftələrində açıla bilər.
Ermənistana səfəri öncəsi Abdullahian azərbaycanlı və rusiyalı həmkarları ilə ayrı-ayrılıqda telefon danışığı aparıb. O, hər iki həmsöhbətlə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasını müzakirə edib.
Təbriz Güney Azərbaycanın (indiki İran ərazisinin şimal-qərbində) mədəni və tarixi mərkəzidir. Təqribən 1,6 milyonluq əhalisinin böyük əksəriyyəti azərbaycanlılardır.