Kənd Təsərrüfatı Nazirliyinin yerli idarəsi zərərli tullantıların basdırılması üçün adıçəkilən bölgədə 20 hektar ərazini Azərbaycandan olmayan şirkətin istifadəsinə verib.
Məlumatda deyilir ki, tullantıların basdırıldığı yerin ətrafında əkin əraziləri və yeraltı su qaynaqlarının çirklənməsi vətəndaşların narazılığına səbəb olub.
Bölgə sakinləri petisiya imzalayaraq ekoloji problemin aradan qaldırılmasını, səbəbkarların cavabdehliyə cəlb edilmələrini istəyiblər.
Eyni zamanda yerli əhali bununla bağlı Şərqi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsi və Təbrizin Tibb Elmləri Universitetinə müraciət ünvanlayıb.
Yüzlərlə vətəndaşın imzaladığı müraciətin cavabsız qaldığı bildirilir.