Azərbaycanİran

Təbrizdə bir qrup milli fəal azərbaycanlı siyasi məhbusa azadlıq tələbilə aksiya keçiriblər

Dünən Təbriz şəhərində bir qrup azərbaycanlı fəal sazərbaycanlı iyasi məhbus, idmançı və milli fəal Kərim İsmayılzadəyə azadlıq tələbilə aksiya keçiriblər.

Onlar milli fəalın posterlərini çap edib ictimai yerlərə yapışdırmaqla ona azadlıq tələb ediblər.

Milli fəalların yaydığı vərəqələrdə yazılıb: “Ədalət bayrağının altında toplaşmasaq, ədalətsizlik hamımızı yıxacaq!”

Eyni zamanda milli fəallar divarlara şüarlar da yazıblar: “Azərbaycan arxandadır, boksçu Kərim!”; “Boksçu Kərim, qoy mən ölüm, sən yaşa Azərbaycan!”.

Related Articles

Bir cavab yazın

Back to top button