Qəza nəticəsində beyin ölümü yaşayan mərhum Bağır Yusifzadə xeyirxah valideynlərinin razılığı ilə orqan transplantasiyasına ehtiyacı olan 4 xəstəyə həyat verib, ikinci orqan donoru isə yaşlı təbrizli xanım Şadran Şirin Abdi olub. O, Urmiyadan olan 62 yaşlı kişiyə qaraciyər bağışlayıb.