Azərbaycanİran

Təbrizdə Baqirxanın evi tam dağılmaq ərəfəsindədir

Təbrizdə rejimin təyin etdiyi mədəni irsi məsullarının diqqətsizliyi nəticəsində Baqirxanın tarixi evi zibilxana və narkomanların toplaşdığı yerə çevrilib və tam məhv olmaq ərəfəsindədir.

Baqir xanın evi Qacar ​​türklərinin yadigarıdır və Təbrizin “Salari” məhəlləsində yerləşir. Onun qorunması və bərpası üçün təcili tədbirlər görülməsə, bu tarixi ev tamamilə dağıdılacaq.

Təbriz Bələdiyyəsi və Mədəni İrs Təşkilatının məsul şəxsləri dəfələrlə bu binanın bu qurumlara “sahibliyi” olduğunu bəyan edərək, onun bərpa və təmirinin tezliklə həyata keçiriləcəyini bildirsələr də, bu bəyanatlardan bir neçə il keçməsinə baxmayaraq, hələ də heç bir tədbir görülməyib.

Hazırda bu qiymətli evin divarı tamamilə dağılıb və yalnız Qacarlar dövrünün qapısı qalıb. Onun damı da bir çox yerdə uçub və tikiliyə çoxlu ziyan dəyib. Bu tarixi evdə 2018-ci ilin iyulunda yanğın olmuşdu.

3 il öncə Təbrizin meri Yaqub Huşyar bu evi Təbriz bələdiyyəsi tərəfindən aldığını elan etmişdi. Lakin artıq Baqir xanın tarixi evi tam dağılma ərəfəsindədir.

Fars şəhərlərindəki belə yerlər İran hökuməti tərəfindən qorunub bərpa edilərək ekoturizm, ənənəvi yeməkxana və s. kimi müxtəlif məqsədlər üçün istifadə edilərkən, turistlər cəlb edilərək, gəlir əldə edilir. Lakin molla rejimin bu sahədə siyasəti nəticəsində Azərbaycanın tarixi abidələri bir-birinin ardınca dağıdılır.

Related Articles

Bir cavab yazın

Back to top button