Azərbaycanİran

Təbriz və Şiraz həbsxanalarında məhkumlar edam ediliblər

Təbrizin mərkəzi həbsxanası və Şiraz şəhərinin Adilabad həbsxanasında 3 məhkum edam edilib.

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Bildirilib ki, Şirazda edam edilənlər Əli Allahbəxş və Əfzəl Allahbəxş adlı Əfqanistan vətəndaşlarıdır.

Əfqanistanlı qardaşların narkotik maddələrin alverində günahlandırıldıqları bildirilib.

Təbrizdə edam edilən və kimliyi açıqlanmayan şəxs isə adam öldürməkdə günahlandırıldığına görə edam edilib.

Related Articles

Bir cavab yazın

Back to top button