Azərbaycanİran

Təbriz Universitetinin tələbəsi intihar edib

Təbrizdə Azad Universitetin qız tələbəsi özünü pəncərədən ataraq intihara cəhd edib.

Bu barədə yerli media məlumat yayıb.

Kimliyi açıqlanmayan tələbənin ağır bədən xəsarətləri ilə xəstəxanaya köçürüldüyü bildirilib.

Universitet rəhbərliyi hadisənin səhlənkarlıq ucbatından baş verdiyini iddia ediblər.

İntihar edən tələbənin qrup yoldaşları ətraflı açıqlama verməkdən ehtiyat edərək, sadəcə, hadisənin təsadüf olmadığını deyiblər.

Qeyd edək ki, İranın Psixiatriya Assosiasıyasının verdiyi məlumata görə, ölkə vətəndaşları arasında depressiya halları iki dəfə artıb.

Bununla yanaşı, son 10 il ərzində İranda intihar hallarının 40% çoxaldığı bildirilib.

Qeyd edilib ki, son illər İranda hər il orta hesabla 5 min nəfər intihar edərək həyatına son qoyur.

Related Articles

Bir cavab yazın

Back to top button