Azərbaycanİran

Təbriz Tibb Elmləri Universitetinin İslam Dərnəyinin fəaliyyəti 6 ay müddətinə dayandırılıb

Təbriz Tibb Elmləri Universitetinin İslam Dərnəyinin bütün fəaliyyəti öyrənci təşkilatlarına nəzarət mərkəzi şurasının qərarı ilə dayandırılıb.

1 avqust 2023-cü ildə öyrənci təşkilatlarının nəzarət şurası Təbriz Tibb Elmləri Universiteti tələbələrinin İslam Dərnəyinin bütün fəaliyyətini xəbərdar edildiyi gündən 6 ay müddətinə dayandırıb.

Bundan öncə Təbriz Tibb Elmləri Universitetinin iki mindən çox öyrəncisi ümumxalq miqyasında 2022-ci il etirazları və öyrənci qızların ardıcıl zəhərlənməsinə etirazlardan sonra İntizam Şurasının universitet tələbələrinə verdiyi ağır cəzaların ləğvini tələb edən petisiya imzalamışdı.

Müraciəti imzalayanlar ifadə azadlığı hüququnu, toplaşmaq hüququnu və bütün qanuni və insan haqlarını dəstəkləyərək, universitetdə verilən dayandırma qərarlarının tamamilə ləğv edilməsini və 10 öyrəncinin işinin ləğv edilməsini bəyan etmişdilər.

Təbriz Tibb Elmləri Universiteti 2022-ci ildə ümumxalq etirazları başlayandan sonra altı ay ərzində Azərbaycanda öyrənci hərəkatının əsas etiraz mərkəzlərindən birinə çevrildi və bu universitetin bir sıra öyrənciləri bu müddət ərzində təhlükəsizlik qüvvələri tərəfindən çağırılaraq həbs edildi və bir neçə semestr təhsildən kənarlaşdırdılar.
#azərbaycan_xəbərləri #ümumi_etirazlar

Related Articles

Bir cavab yazın

Back to top button