
Pəhləvilər sülaləsinin Azərbaycanın tarixi tikililərini məhv etmək siyasəti nəticəsində hazırda Mədəni adına salınan küçə kompleksi iki hissəyə bölüb və işlər gedən zaman onun böyük bir qismi məhv edilib.
Qalan hissə bir neçə ildir ki, guya bərpa olunmaqdadır. Lakin tikilinin arxasında özünəməxsus mozaikalı əsas hissəsi zibil tullama yerinə çevrilib. Həmçinin onun bərpası üçün sahədən toplanmış hissələrin hara aparıldığı bəlli deyil.
Bu tarixi kompleksin bərpa layihəsi də Təbriz şəhəri Ərk Qalasının, Şairlər Məqbərəsi (Məqbərət-ül-Şüəra), “Rüb Rəşidi” və Bağşumal Çardaq İmarətinin bərpa proyektləri kimi illərdir dayandırılıb və bitirilmir. Onlar faktiki olaraq, baxımsız qalıb və dağılmağa sövq edilib.