“Maddi problemimiz var, amma hələ də zavod rəhbərləri və əyalət rəsmiləri tərəfindən problemlərimizi həll etmək üçün heç bir tədbir görülməyib. Maaşın verilməsindən xəbər yoxdur, hər ay bir neçə həmkarımız könüllü olaraq iş yerini tərk edir.
Novruz bayramı ərəfəsində ət və toyuq almağa pulumuz çatmır. Pulun olmaması üzərimizə o qədər təzyiq edib ki, evə getməyə utanırıq”.
Etirazçı işçilər sonda əlavə ediblər: “Bir neçə il əvvəl Təbriz kombayn zavoduna sərmayəçi kimi daxil olan insanlar nəinki şirkətə sərmayə qoymayıblar, hətta zaman keçdikcə bu zavodun avadanlıq və maşınlarını sataraq iri kombayn zavodunu müflis ediblər”.