Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycanİran

Təbriz Neft Emalı Zavodunun bir neçə əməkdaşı həbs edilib

Təbriz Neft Emalı Zavodunun bir neçə əməkdaşı həbs edilib və onlar barəsində cinayət işi açılaraq məhkəməyə göndərilib.

Bu barədə Şərqi Azərbaycan əyalətinin prokuroru Məhbusb Əlilu məlumat verib.

“İndiyədək bununla bağlı iki nəfər həbs edilərək ittiham irəli sürülüb, biri müvəqqəti həbs edilib, digəri isə zaminə buraxılıb”,- proluror bildirib.

Əlilu, həbsin səbəbinin maliyyə cinayətləri olduğunu və məsələnin təfərrüatının işin istintaqının yekunlaşmasından asılı olduğunu söyləyib.

Qeyd edək ki, Beynəlxalq Şəffaflıq Təşkilatının yaydığı hesabata əsasən İran ən çox korrupsiyaya uğramış ölkələr arasındadır.

Hesabata görə, dünyanın 180 ölkəsi arasında korrupsiyaya görə İran 25 balla 147-ci yerdədir və dünyanın ən korrupsiyalaşmış ölkələrindən biri hesab olunur.

Related Articles

Bir cavab yazın

Back to top button