az

Təbriz həbsxanasında saxlanılan güney azərbaycanlı məhbus ekoloqun səhhəti ağırdır

Güney Azərbaycanda fəaliyyət göstərən, hazırda Təbriz həbsxanasında saxlanılan məhbus, ictimai-mədəni fəal, idmançı və ekoloq Kərim İsmayılzadənin sağlıq vəziyyəti ağırdır.

Bu barədə ailəsivə yaxinlari məlumat yayıb.

Bildirilib ki, K.İsmayılzadə avqustda qarın boşluğundan cərrahiyyə əməliyyatı keçirib. Qanaxma nəticəsində onun  vəziyyəti ağırlaşıb.

Məlumata görə, həbsxananın məsul şəxsləri ailəsinin ona dərman göndərməsinə mane olmaqla yanaşı, zindandakı həkimin  müalicə yazmasına da imkan verməyiblər. Bu, Kərim İsmayılzadənin çəkisini itirməsinə səbəb olub. Onun tənəffüsündə problem yaranıb.

Related Articles

Bir cavab yazın

Back to top button