
Hökumətin yetərli yardım etmədiyini görən güney azərbaycanlılar öz imkanları hesabına zəlzələdən zərər görənlərə kömək etməkdə davam edirlər.
Son 10 gün ərzində Təbriz şəhərində başladılan yardım kampaniyası çərçivəsində Xoy bölgəsinə zəruri mallar daşıyan irili-xırdalı 250 yük maşını göndərilib.
Bu barədə açıqlama verən Şərqi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllülər bölməsinin sədr müavini Əli Şəhudi yardımların hələdə davam etdiyini bildirib.