İran

Təbrizdə yol qəzası baş verib

Təbrizin Şəhid Beheşti şəhərciyi qarşısındakı Santo yolunda “Nissan” maşını ilə minibus toqquşub. Olay nəticəsində 11 nəfər yaralanıb, 1 nəfər isə vəfat edib. Bu barədə Şərqi Azərbaycan ustanı Urjans İdarəsinin sözçüsü Şadiniya açıqlama verib. “Bu gün səhər urjans mərkəzinə verilən bilgidən sonra hadisə yerinə 6 ambulans və 12 urjans mütəxəssisi yola düşüb. İlkin araşdırmadan sonra, 50 yaşlı “Nissan” sürücüsünün olay yerində öldüyü təyid olunub. Yaralanan 11 nəfər Təbrizin İmam Riza, Şəhid Məhəllati və Əl-Qədir mərizxanalarına aparılıblar”,-deyə o, bildirib. Məlumata görə, yaralananlardan birinin durumu ağırdır.

Related Articles

Bir cavab yazın

Back to top button