Təbriz və İstanbul bazarı arasında qardaşlaşmış ünvanının tənzimlənməsi ilə bağlı protokollar hazırlanıb. Bununla bağlı Təbriz bazarı Dünya Mirası saytının müdiri Hüseyn İsmayıl Səngəri açıqlama verib. “Qardaşlaşmış ünvan məsələsinə Şərqi Azərbaycan ustanının Fərhəngi Miras və Turizm Baş İdarəsi, Şərqi Azərbaycan ustandarlığı, habelə Türkiyənin Təbrizdəki Konsulluğu tərəfindən baxılır. Hazırda buraya xarici turistlər gəlmir. Daha çox Təbriz əhalisi alış-veriş üçün bazara gedir. Daxili turistlərin sayı da olduqca azdır. Demək olar ki, əvvəlki illərin yalnız yüzdə 10-u qədərdir”,-deyə o, bəyan edib. Bildirək ki, təqribən bir kilometr murəbbə ərazisi olan Təbriz Bazar Müctəməsi dünyanın ən böyük qapalı ticarət məkanı sayılır. Habelə YUNESKO-nun Dünya Mirası listinə salınıb. Təbriz bazarında yeddi min mağaza iqtisadi fəaliyyət göstərir. Bunların çoxu da xalça sənayesi və onun ləvazimatları ilə məşğul olur.