Azərbaycanİran

Şərqi Azərbaycana vali təyin edildi

Şərqi azərbaycan əyalətinə yeni valin təyin edilib.

Bu barədə Məsud Pezeşkian hökumətinin sözçüsü Fatimə Mühaciranı məlumat verib.

Onun sözlərinə görə, İran Prezidentinin başçılığı ilə keçirilən Nazirlər Kabinetinin toplantısında Bəhram Sərməstin Şərqi Azərbaycan əyalətinin yeni valisi kimi səlahiyyətləri  təsdiq olunub.

Muhacirani bununla yanaşı Həmid Mollanurinin də Həmədan əyalətinin valisi təyin edildiyini bildirib.

Qeyd edək ki, Şərqi Azərbaycan valisi B.Sərməst 1969-cu ildə Güney Azərbaycanın Binab şəhərində anadan olub.

Həmid Mollanuri isə miliyyətcə farsdır və 1972-ci ildə Kirman əyalətinin Hüseynabad kəndində dünyaya gəlib.

Related Articles

Bir cavab yazın

Back to top button