
Xətibzadə deyib ki, son günlər Səudiyyə Ərəbistanının vizasını alan 3 İran nümayəndəsi Ciddə şəhərinə yollanaraq İslam Əməkdaşlıq Şurasında İran nümayəndəliyini yenidən açıblar.
“Hazırda biz Səudiyyə Ərəbistanında öz səfirliyimizi açmağa hazırıq. Hesab edirik ki, rəsmi Ər-Riyad da İandakı səfirliyinə baxış keçirmək üçün öz nümayəndə heyətini Tehrana göndərə bilər”, -deyə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib.
Xətibzadə hər iki ölkənin 6 il fasilədən sonra diplomatik əlaqələrini normallaşdırmaq üçün İraq hökumətinin vasitəçili ilə Bağdadda apardıqları danışıqların konkret nəticə verib-vermədiyini açıqlamayıb.
Xatırladaq ki, Tehranla Ər-Riyad münasibətləri 2016-cı ilə Səudiyyə Ərəbistanında İrana casusluqda, İran meyilli yerli şiələri zorakılığa təşviq etməkdə günahlandırılan ekstremist şiə axundu axund “Şeyx Nəmər Baqir əl-Nəmər”in edam olunmasının ardınca Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücumdan və bu ölkənin Məşhəddəki konsulluq binasının yandırılmasından sonra kəsilib.