Site icon Aznews TV

Suya görə İranla Əfqanıstanın gərginliyi artır

İranın “Xəbər Onlayn” internet səhifəsi Əfqanıstanın İranla sərhəddə ən böyük bəndi hesab olunan və Hərirud yolunda tikilmiş Paşdan bəndinin tikintisinin bitməsi barədə xəbər yayıb.

Ərqanıstan tərəfindən Hərirud çayı üzərində bəndin qurulması ilə iki ölkə arasında su payı barədə qarşıdurmanın artacağı güman olunur.

Taliban hakimiyyətinin bildirdiyinə görə, Paşdan bəndinin İranla sərhədin yuxarısındakı ikinci fazasının tikintisi 5 aya bitəcək.

Paşdan bəndi 45 milyon kubmetr tutumla Əfqanıstanı 2 meqavat elektriklə təmin etməklə 13 min hektar əkin sahəsinin suvarılmasına imkan yaradır.

Mütəxəssilərin fikrincə, həmin bəndin tikilməsi İran və Tacikistanda su çatışmazlığını kəskinləşdirəcək.

Exit mobile version