İran

ŞUTUN SƏLCUQLU GÜNBƏZİ EHYA OLACAQ

Qərbi Azərbaycanın Şut fərmandarı Həsən Əbdullahi Əsl ISNA-ya verdiyi müsahibəsində Şutun Kəndal kəndində yerləşən Səlcuqlu günbəzin 1.5 milyard riyal etibarla təmir və yenidən qurulacağını bildirib.
Şut fərmandarının sözlərinə görə, bu tarixi abidənin təmirinin ikinci mərhələsi üçün də bir milyard riyala ehtiyac vardır.
Bu binanın təmiri, sökülməsi və abadlaşdırılması ilə birlikdə 70%-i yıxılmış olan binanın əsas günbəzinin təmiri, ostanın fərhəngi miras və əl işləri idarəsi tərəfindən gündəmə gətirildiyini deyən Əbdullahi Əsl ə abidənin 80% fiziki tərəqqisinin şahidi olduqlarını da əlavə edib.
Əbdullahi Əsl Şutun Səlcuqlu dövründən qalan tarixi günbəzi, ostanın şimal qərbinin ən böyük tarixi günbəz olaraq adlandırıb.
Eşikdən baxanda Kəndal günbəzinin 8 tərəfli planı görünür, içəridən isə dairəvi forması var. Şut milli əsərlər olaraq qeydiyata alınan 35 tarixi əsərə sahibdir. Habelə bu saydan çox əsərin də qeydiyyatı olmayıb və naməlum əsərlərdir. O cümlədən Sufi kəndinin tarixi hamamı Şutun fərhəngi miras və tarixi abidələr sahəsində zərfiyətə malikdir.

Related Articles

Bir cavab yazın

Back to top button