
Bu gün Şuşanın müxtəlif məkanlarını əhatə edən tədbirlər zamanı “Natiq Ritm” qrupunun, Ənvər Sadıqov və “Qaytağı” instrumental ansamblının çıxışları dinlənilib.
Qeyd edək ki, mayın 9-dan başlayan festival Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutub.