Azərbaycan

Şuşada 20-yə yaxın inzibati və sosial təyinatlı bina istiliklə təmin olunur

Şuşa şəhərində "Azəristiliktəchizat" ASC-yə məxsus gücü 8110 kVt/saat olan 7 qazanxana tam hazır vəziyyətə gətirilib.

Aznewstv bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, noyabrın 1-dən ümumilikdə 20-yə yaxın inzibati və sosial təyinatlı binanın istilik və isti su ilə təmin edilməkdədir.

Nazirlər Kabinetinin 21 iyun 2022-ci il tarixli sərəncamına ilə təsdiq edilmiş “İşğaldan azad edilmiş ərazilərdə 2022-2026-cı illərdə yaşıl enerji zonasının yaradılması üzrə Tədbirlər Planı”na əsasən “Azəristiliktəchizat”a tapşırılmış “Optimal istilik və isti su təchizatı sistemlərinin seçilməsi və müvafiq infrastrukturun qurulması ilə bağı təkliflərin hazırlanaraq təqdim edilməsi” ilə bağlı zəruri işlər aparılmaqdadır.

Related Articles

Bir cavab yazın

Back to top button