Amerika Birləşmiş Ştatlarının başçılıq etdiyi beynəlxalq koalisiya qüvvələrinin Suriyanın şərqində yerləşən İrana bağlı silahlı qruplaşmalara hücumu nəticəsində 3 nəfər həlak olub, çox sayda qruplaşma üzvü yaralanıb.
Bu hücum Deyr-əz-Zəvrin şərqində yerləşən əl-Məyadin şəhərində həyata keçirilib.
Məlumata görə, beynəlxalq koalisiya hərbi qruplaşmanı helikopterlərdən atəşə tutaraq su keçidlərindən keçmək cəhdlərinin qarşısını alıb.