Site icon Aznews TV

Suriyada PKK/YPG terrorçuları TRT-nin komandasına hücum edib

Yayılan məlumata görə, Suriyada Əsəd rejimini devirən müxaliflər rejimin süqutunu rəsmən elan etdikdən sonra Mənbicdə əməliyyat keçirib. Terror təşkilatı PKK/YPG-nin nəzarətində olan Mənbicdə keçirilən əməliyyat uğurla nəticələnib.

TRT komandası bu hadisələri yerində işıqlandırmaq üçün Mənbicdə canlı yayım edərkən PKK/YPG-nin hədəfinə çevrilib. Hücum zamanı komandanın avtomobilinə ciddi ziyan dəyərkən, komanda üzvlərinin hücumdan yüngül xəsarətlərlə xilas olduğu bildirilib.

Exit mobile version