“ANT”xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” dövlət agentliyi məlumat yayıb.
“Hələbin bir neçə bölgəsində hökumət əleyhinə qruplar və Suriya ordusu döyüşür. Müxalif qüvvələr şəhərin cənubuna, şimalına və şərqinə daxil olmağa çalışırlar. Onlar artıq yeddi rayona nəzarət edirlər”, – məlumatda vurğulanıb.
Bundan əvvəl məlum olub ki, Hələb və İdlib əyalətlərində üç günlük döyüşlərdən sonra müxalif qruplar 400 kv.km əraziyə nəzarəti ələ keçirib