Dünya

Suriyada keçid dövrü 18 ay davam edəcək

Suriyada hakimiyyət dəyişikliyindən sonra keçid dövrü 18 ay olacaq.

“ANT” Report-a istinadla xəbər verir ki, bu barədə Suriya müxalifətinin lideri Hadi əl-Bəhrə açıqlama verib.

“Suriya müxalifətinin rəhbərlik etdiyi idarəetmə orqanı yeni konstitusiyanın hazırlanması üçün altı ay da daxil olmaqla 18 aylıq keçid dövrü üçün nəzərdə tutulub”, – o bildirib.

“Middle East Eye” məlumat yayıb ki, onun rəhbərlik etdiyi müxalifət koalisiyası daha da genişləndiriləcək və yeni konstitusiya ratifikasiya olunana qədər ölkəni keçid hökuməti idarə edəcək.

Əl-Bəhra həmçinin hesab edir ki, keçid dövrü BMT Təhlükəsizlik Şurasının 2015-ci il dekabrın 18-də qəbul edilmiş və ümummilli atəşkəs, azad və ədalətli seçkilər daxil olmaqla, Suriyada siyasi keçid üçün yol xəritəsini müəyyən edən 2254 saylı qətnaməsinə uyğun olaraq həyata keçirilməlidir.

Related Articles

Bir cavab yazın

Back to top button