Dünya

Suriyada Əsəd rejiminin devrilməsi ilə Hafiz Əsədin heykəlləri dağıdılır

 Əsəd rejimi devrildikdən onra Hafiz Əsədin heykəlləri dağıdılır.

Artıq Rusiya donanmasının yerləşdiyi Tartusda (Suriya) mitinq keçirilir. Tartusun Latak şəhərinə müxalif silahlı birləşmələrin hücumu olmasa da, əhali eks-prezidenti Hafiz Əsədin heykəlini yıxaraq, bunu bayram kimi qeyd edirlər.

Artıq silahlı müxalifət Suriyanın paytaxtı Dəməşqi ələ keçirib və Əsəd rejiminin bitdiyini elan edib.

Qeyd edək ki, Bəşar Əsəd hökumətinə müxalif qüvvələri sürətli və asan irəliləyişindən, eləcə də Homs, Deyr əz-Zor və Dəra şəhərlərini ələ keçirdikdən sonra bu gün Suriyanın paytaxtı Dəməşqə daxil olublar.

Məlumata görə, müxalifətin Dəməşqə gəlişi və Bəşar Əsədin Suriyadan qaçmasından sonra Əsəd ailəsinin bu ölkədəki 53 illik hakimiyyəti başa çatıb. Bildirilib ki, Təhrir əş-Şam qüvvələri Suriya ərazisinin 80%-ni, o cümlədən Homs, Həma, Hələb və Dəra kimi vacib şəhərləri ələ keçiriblər.

Related Articles

Bir cavab yazın

Back to top button