İran

Suriyada baş verənlərdən dərs almalıyıq- Xamənei

Bir neçə ay əvvəldən Suriya hökumətinə kəşfiyyat məlumatları verib və gözlənilən təhlükə barədə lazimi xəbərdarlıqları etmişdik.

Bunu İran rəhbəri Əli Xamənei deyib.

“Bizim təhlükəsizlik və kəşfiyyat təşkilatlarımız bir neçə ay əvvəl Suriya rəmilərinə məlumatlar ötürüb və onları baş verə biləcək hadisələr barədə məlumatlandırmışdılar. Blmirəm bu məlumatlar onlara çatıb ya yox? Bəlkə də arada itib batıb və onların bundan xəbəri olmayıb”,- o, bildirib.

Əli Xamənei Bəşər Əsədin devrilməsini düşmnlərin işi adlandırıb və bununla bağlı İran rəsmilərinə də ayıq olmalarını tapışırıb:

“Suriyada baş verən hadisə bizim hər birimizə, məmurlarımıza həm dərs, həm də ibrət olmalıdır. Bu məsələnin dərslərindən biri də ehtiyatsızlıq, düşmənə etinasızlıqdır; Bəli, bu hadisədə düşmən cəld hərəkət etdi, hadisədən əvvəl bilməli idilər ki (Suriya hökuməti- red), düşmən tez hərəkətə keçəcək”,- İran rəhbəri Əsəd hakimiyyətini etinasızlıqda günahlandırıb.

Related Articles

Bir cavab yazın

Back to top button