Politics

Suriya ordusu İrana bağlı yaraqlılarla birlikdə müxaliflərə qarşı şiddətli hücuma keçib

Bəşər Əsəd rejiminin qüvvələri və İrana bağlı yaraqlılar Dəra vilayətini ələ keçirmək üçün burada müxalif qruplara qarşı genişmiqyaslı nizami əməliyyatlara başlayıblar.

Bəşər Əsəd rejiminin qüvvələri və İrana bağlı yaraqlılar Dəra vilayətini ələ keçirmək üçün burada müxalif qruplara qarşı genişmiqyaslı nizami əməliyyatlara başlayıblar. Bu haqda müxaliflər “Reuters” ajansına bilgi veriblər. Onların sözlərinə görə, Suriya rejiminin qüvvələri və İrana bağlı terorçu qruplar iki ay mühasirədən sonra şəhrivərin birindən başlayaraq Qərb tərəfdən adıçəkilən vilayətə hücuma keçiblər. Xəbəri təyid edən Suriya ordusunun məsul şəxslərindən biri deyib ki, ordu Odron sınırına qədər uzanan Dəməşq yolunda yeni yoxlama postları qurub. İndi döyüşlərin davam etdiyi bildirilir. Vilayətə hücum edən nizami qüvvələr Bəşər Əsədin kiçik qardaşı Mahir Əsədin fərmandehliyi altında fəaliyyət göstərən 4-cü xüsusi qoşunlardır.

Related Articles

Bir cavab yazın

Back to top button