Dünya

Suriya müxalifəti ölkə ərazisindəki silahlı qüvvələrə müraciət edib

Suriyanın Müxalif və İnqilabçı Qüvvələrin Milli Koalisiyası paytaxt Dəməşq də daxil olmaqla mühüm şəhərlərə nəzarəti ələ keçirmiş silahlı qrupların üzvlərini dövlət və şəxsi mülkiyyətə hörmət etməyə çağırıb.

“ANT” xəbər verir ki, koalisiya bu haqda “Telegram” kanalında yaydığı bəyanatda bildirib.

“Suriya Milli Koalisiyası bütün inqilabi qüvvələri dövlət qurumlarını, ictimai obyektləri və ibadət yerlərini qorumağa, ictimai və şəxsi mülkiyyətə hörmət etməyə, bütün etnik qruplara, dinlərə və inanclara mənsub suriyalıları qorumağa, mənəviyyatımızın, inqilabımızın parlaq tərəflərini göstərməyə çağırır”, – bəyanatda deyilir.

Related Articles

Bir cavab yazın

Back to top button