Dünya

Suriya müxalifətinin lideri baş verənləri xalqın qələbəsi adlandırıb

Suriya müxalifətinin lideri Əbu Muhəmməd Əl-Culani baş verənləri bütün ölkə vətəndaşlarının qələbəsi adlandırıb.

“ANT””Əl-Cəzirə” telekanalına istinadən xəbər verir ki, o, Dəməşqdəki Əməvi məscidində açıqlama verib.

“Əl-Cəzirə” telekanalı onun sözlərini sitat gətirib: “Bu qələbə regionda yeni tarixin başlanğıcı olacaq”.

Xatırladaq ki, noyabrın 27-də Suriya müxalifət silahlı birləşmələri Hələb və İdlib əyalətlərində hökumət qüvvələrinin mövqelərinə genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də axşam saatlarında Suriya prezidenti Bəşər Əsədin əleyhdarları bir neçə böyük şəhəri – Hələb, Həma, Deyr əz-Zor, Dəra və Homsu ələ keçiriblər. Ayın 8-də səhər saatlarında onlar Dəməşqə daxil olublar, bundan sonra Suriya ordusunun bölmələri şəhəri tərk ediblər. Bəşər Əsədin vəzifəsini və ölkəni tərk etdiyi bildirilir.

Related Articles

Bir cavab yazın

Back to top button