
Türkiyə mətbuatının məlumatına görə, Suriyanın quzeyində 2 il əvvəl yaradılan və YPG/PYD tərəfindən təlim keçilən erməni qurdanı da Azərbaycana qarşı döyüşlərdə iştirak etmək üçün Qarabağa göndərilib.
Haber7.com yazarı Taha Tağlının məqaləsində bildirilir ki, Suriyanın quzeyində, YPG-nin nəzarətində olan bölgələrdə erməni qurdanı ötən ilin meyində qurulub. Üç qurdandan ibarət olan “Nubar Ozanyan” qurdanının sıralarına erməni əsilli suriyalılar daxil idi. İndi həmin qurdanın bir tipi-250 döyüşçüsü ermənistanın Azərbaycana qarşı hücumlarında iştirak etmək üçün bölgəyə göndərilib.
Qeyd edək ki, Nubar Ozanyan 2017-ci ildə Türkiyə difa qüvvələri tərəfindən xunsa edilən və YPG-nin sıralarında döyüşən erməni terrorçusu olub. Onun adını daşıyan tip 2019-cu ilin avrilində, qondarma “soyqırım” ildönümü ərəfəsində yaradılıb və YPG-nin düşərgəsində təlim keçib. Daha sonra həmin erməni tipi Türkiyə ordusunun Suriyanın quzeyində həyata keçirdiyi nizami əməliyyatlar zamanı YPG-nin tərəfində döyüşüb. Xatırladaq ki, bundan əvvəl Türkiyə və Misir mənbələri Suriya və İraqdan minlərlə PKK terrorçusunun ermənistan ordusunun tərəfində döyüşmək üçün İran üzərindən Qarabağa daşındığı haqda ayrıntıları açıqlayıb.