O, Bəşər Əsədlə bölgədə və Suriyada cərəyan edən hadisələrlə bağlı yaxşı fikir mübadiləsi apardıqlarını söyləyib.
“İslam Respublikası və ona bağlı qruplar Suriyanı dəstəkləyir və istənilən dəstəyi verəcəklər”,- Əraqçı əlavə edib.
Qeyd edək ki, Əraqçının Suriyaya səfəri ilə eyni vaxtda, Suriya ordusunun mənbələrinin məlumatına görə, İranın dəstəklədiyi silahlı birləşmələr dünən gecə İraqdan Suriyaya daxil olub və Suriya ordusu qüvvələrinə kömək etmək üçün bu ölkənin şimalına hərəkət edib.
Suriya ordusunun yüksək rütbəli mənbələrindən biri bu qüvvələrin arasında “Kətaib Hizbullah” və “Fatemiyyun” qruplaşmalarının olduğunu və yardımçı qüvvələr kimi şimal cəbhələrinə göndərildiyini açıqlayıb.