Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycan

Süngün mis mədənində işçiləri həbsi və işdən qovulması davam edir

Onlara öncədən xəbər verilmədən işdən çıxarıblar

Şərqi Azərbaycan əyalətinin Vərziğan bölgəsində yerləşən Süngün mis mədəninin işçilərinin həbsi və işdən çıxarılması davam edir.

İşçi hərəkatı fəallarının verdiyi məlumata görə, iyulun 17-də 15-25 il iş keçmişi olan 30 mədənçi öncədən xəbərdarlıq edilmədən işdən qovulub və onların mədən ərazisinə girişlərinə qadağa qoyulub.

Bununla yanaşı iyulun 16 və 17-də 15 mədənçi təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq təcridxanaya köçürülüb.

Təhlükəsizlik idarəsinin əməkdaşları iyulun 5-də həbs edilən işçilərə zəng edərək bəzi izahatlar üçün idarəyə getmələrini istəmişdilər.

Qeyd edək ki, Süngün mis mədəninin işçiləri iyulun 5-dən tətil aksiyasına əl ataraq işi dayandırıblar.

İşçilər, iş təhlükəsizliyi olmadığı, müvəqqəti müqavilələrlə işlədikləri və iş təsnifat planının yerinə yetirilmədiyindən  podratçılar tərəfindən istismar edildiklərini deyirlər.

Related Articles

Bir cavab yazın

Back to top button