Dünya

Şoyqu: “Nüvə müharibəsi ehtimalı artır “

“Nüvə müharibəsi ehtimalı getdikcə artır”. Bu barədə Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu 10-cu Syanşan Təhlükəsizlik Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Qərb Rusiya ilə münaqişəni gərginləşdirmək xətti tutub və bu, nüvə gücləri arasında hərbi toqquşmaya səbəb ola bilər: “Qərbin müntəzəm şəkildə Rusiya ilə münasibətləri gərginləşdirmək səyləri nüvə gücləri arasında hərbi toqquşma təhlükəsi daşıyır və fəlakətli nəticələr vəd edir”.

S.Şoyqu bildirib ki, Ukrayna müharibəsi ABŞ və NATO-nun Rusiya ilə bağlı hesablamalarının puça çıxdığını göstərdi: “Qərb münaqişə potensialını Asiya-Sakit okean regionuna yaymağa çalışır.

Beləliklə, nüvə arsenalına malik dövlətlər arasında qarşıdurma riskləri artır”.

Related Articles

Bir cavab yazın

Back to top button