Dünya

Şoyqu müharibə başlayandan Ukraynanın 383 min nəfər itki verdiyini açıqlayıb

Rusiya müdafiə naziri Sergey Şoyqu Qərbin Ukraynaya verdiyi silahların sayını açıqlayıb.

Rusiya Müdafiə Nazirliyinin kollegiyasında çıxış edən Şoyqu Qərbin indiyə kimi Kiyevə 5220 tank, piyada döyüş maşını və zirehli personal daşıyıcısı, 28 təyyarə, 87 helikopter, 23 min PUA, 1300-dən çox artilleriya sistemi verdiyini söyləyib.

Rusiya MN-nin başçısı əks-hücum zamanı Ukraynanın 159 min canlı qüvvəsini itirdiyini də qeyd edib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin xüsusi hərbi əməliyyat başlayandan itkiləri 383 min nəfər olub.

Şoyqu bildirib ki, Ukrayna faktiki olaraq müflis ölkəyə çevrilib.

Related Articles

Bir cavab yazın

Back to top button