Azərbaycanİran

Sosial mediada milli məhbusun əsərləri yayılıb

5 aya yaxındır Tehranın Evin həbsxanasında saxlanılan milli-mədəni fəal Mürtəza Pərvinin sosial mediada əsərləri yayılıb.

Güney azərbaycanlı sənətçilər məhbus fəalın rəsm əsərlərini yaymaqla onun yalnız mədəni fəaliyyətlərinə görə cəzalandırıldığına diqqət çəkiblər.

Bu əsərlərin bir neçəsi ilk dəfədir ki, yayılır və sənətsevərlərin istifadəsi üçün sərgilənir.

Bundan əvvəl bir neçə dəfə cəhd göstərilsə də, Ərdəbil əyalətinin İrşad və Mədəniyyət İdarəsi Mürtəza Pərvinin rəsm əsərlərinin sərgisinin keçirilməsinə icazə verməyib.

Related Articles

Bir cavab yazın

Back to top button