“ANT” xəbər verir ki, bu barədə Slovakiya Radiosu məlumat yayıb.
Qanun respublikada baş verə biləcək fövqəladə vəziyyətlərdə xəstələrin müdafiəsinə yönəlib. Radioya görə, bu vəziyyətlər tibbi yardımın çatışmazlığı səbəbindən elan edilə bilər. Həkim bu zaman öz peşə vəzifələrini yerinə yetirməkdən imtina edərsə və onun suçundan xəstənin həyatı təhlükə altına düşərsə, o, beş il müddətinə həbs edilə bilər.
Qanunun qəbulu respublika hökuməti tərəfindən əmək haqlarının əhəmiyyətli dərəcədə artırılmasını tələb edən həkimlərin etirazları fonunda irəli sürülüb. Oktyabrın sonunda büdcəli tibb müəssisələrindən, əsasən xəstəxanalardan təxminən 3 min həkim istefa ərizəsi verib. Əmək qanunvericiliyinə görə, onlar dekabr ayının sonunda öz kabinetlərini və əməliyyat otaqlarını tərk edə bilərlər. Bu baş verərsə, iqtidar səhiyyədə fövqəladə vəziyyət elan edə və yeni hüquqi normanı tətbiq edə bilər.