O, bu barədə hazırda müalicə olunduğu xəstəxanadan yaydığı video müraciətdə bildirib.
“Tehran rejimi İran xalqının pullarını HƏMAS silahlıları üçün silah və sursat almağa sərf edir. Mollalar İranda hakimiyyətə gələndən sonra Orta Şərqdə sülh və sabitlik olmayıb”,- Sepehri bildirib.
Siyasi məhbus, HƏMAS-ın İsrailə qarşı hücumu ilə bağlı baş verən gərginliklər zamanı İran rejiminin dağılmasına ümid etdiyini deyib.
Qeyd edək ki, Fatimə Sepehri 2018-ci ildə 13 nəfərlə birgə açıq məktub yazaraq Əli Xaməneinin istefasını tələb etdiyi üçün 18 il həbs cəzasına məhkum edilib.
O, hazırda 900 milyon tümənlik girov qarşılığında bir həftəlik tibbi məzuniyyətə buraxılıb və əməliyyat olunub.